"Napoli" klubunda rəhbərlik bir qədər sonra təcili iclas keçirəcək.
Offsideplus.az xəbər verir ki, iclasda baş məşqçi Antonio Konte də iştirak edəcək. Klub prezidenti Aurelio De Laurentis şəxsən bu görüşü tələb edib.
Tərəflər bu görüşdə birgə əməkdaşlığın davam edib-etməyəcəyini və gələcək planları müzakirə edəcəklər.
Qeyd edək ki, "Napoli" hazırda A Seriyasında 4-cü, Çempionlar Liqası Liqa mərhələsində isə 24-cü yerdə qərarlaşıb.