AZ

Gədəbəydə GÜCLÜ YANĞIN Hərbçilər də əməliyyata cəlb olundu VİDEO

ain.az bildirir, Bizim media portalına istinadən.

Gədəbəy rayonunun Dördlər və Mormor kəndləri istiqamətində dağlıq ərazidə yanğın baş verib.Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

 

Relyefin mürəkkəbliyi və mütəmadi olaraq güclənən külək yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri əl üsulu ilə fasiləsiz olaraq davam etdirilir.

Hazırda yanğının söndürülməsi əməliyyatları FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə birgə həyata keçirilir.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
17
bizim.media

10Mənbələr