AZ

Çay evindən oğurluq edən şəxs narkotiklə tutuldu

Suraxanı rayonunda oğurluq hadisəsi qeydə alınıb. Belə ki, rayon ərazisində yerləşən çay evlərinin birindən 2000 manat dəyərində məişət əşyaları oğurlanıb.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 30 yaşlı X.Abdullayev müəyyən olunaraq saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb.

Araşdırma aparılır.

Seçilən
30
25
publika.az

10Mənbələr