AZ

Almaniya müharibəyə tam hazır deyil tibbi sistem çatışmazlıqları risk yaradır

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Almaniya potensial müharibəyə tam hazır deyil.

Bizimyol.info xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat verib.

Bundesverf (Almaniya Silahlı Qüvvələri) hərbçilər və tibb işçilərinin də daxil olduğu 200 nəfərlik ekspertin iştirakı ilə xüsusi bir hesabat hazırlayıb. Qəzet yazır ki, bu hesabat ölkənin fövqəladə hallara hazırlığını ilk dəfə qaranlıq bir qiymətləndirmədir və təcili görülməli tədbirləri müəyyən edir.

“Ən pis ssenaridə Almaniyada gündə təxminən 1000 yaralı hərbçi ola bilər. Bundan əlavə, mülki əhali arasında da itkilər ola biləcəyini etimal edək” – deyə "Bild" yazır.

Ekspertlər bildirir ki, bu vəziyyət tibbi personal və digər xəstələr üçün “çox ağır fiziki və psixososial yük” yaradacaq.

Hesabatda qeyd olunur ki, belə vəziyyətdə yoluxucu xəstəliklər sürətlə yayıla, dərman preparatları, qan ehtiyatları və sarğı ləvazimatları çatışmazlığı yarana bilər. Bundan əlavə, düşmənin xəstəxanalara və həkimlərə qarşı yönəlmiş hədəfli hücumlar edəcəyi ehtimalını da nəzərdən qaçırmaq olmaz.

Ekspertlərin fikrincə, Almaniyanın tibbi sistemi hazırda bu kimi hallar üçün yalnız qismən hazırdır.

“Məsuliyyət qeyri-dəqiqdir, təchizat zəncirləri çox həssasdır, rabitə kanalları isə koordinasiya olunmayıb. Apteklərdə dərman ehtiyatı çox azdır. Heç kim hansı həkimlərin mövcud olduğunu və ya ehtiyac olduqda necə çağırılacağını bilmir,” – deyə qəzet yazır.

Ekspertlərin tövsiyələri:

Xəstəxanaları, aptekləri və dərman istehsalçılarını qarət və dağıntılardan qorumaq, tibbi müəssisələri təhlükəsizlik məqsədilə yeraltına köçürmək.Məktəbləri və idman zallarını yaralıların toplama mərkəzlərinə çevirmək.Tibb tələbələrini hərbi yaralanmaların müalicəsi ilə tanış etmək.Xəstəxanalarda bürokratiyanı azaldaraq 20–25% daha çox xəstənin qəbulunu təmin etmək.Dərman və tibbi ləvazimat ehtiyatları yaratmaq.Qan ehtiyatını digər regionlardan (məsələn, Şimali Amerikadan) təmin etmək.Dərman qablaşdırması və istifadə təlimatları üçün tələbləri sadələşdirmək.Hərbçilərlə mülki şəxslər arasında təlimləri artırmaq.Fövqəladə hallar üçün operativ səhiyyə sistemi yaratmaq.

Ukrayna mətbuatı xəbər verir ki, Almaniya Müdafiə Naziri Boris Pistorius, Almaniyanın müharibəyə hazır olması lazım olduğunu söylədiyi üçün partiyasının sol qanadı tərəfindən sərt tənqid edilib.

Həmçinin, yaxınlarda Almaniya Silahlı Qüvvələrinin əməliyyat komandanlığı rəhbəri, general-leytenant Aleksander Zolfrank bildirib ki, Rusiya hərbi gücünü nəzarətsiz artırarsa, NATO-ya qarşı genişmiqyaslı hücuma başlaya bilər.

Zolfrank, bütün Almaniya hərbi əməliyyatlarını və böhran vəziyyətində qüvvələrin yerləşdirilməsini idarə edir və Kremlin quru qoşunlarını, artilleriyasını və pilotsuz uçan aparatlarını bərpa etdiyini, aktiv qoşunların sayını 1,5 milyon nəfərə çatdırmağı planlaşdırdığını xəbər verib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
bizimyol.info

1Mənbələr