AZ

“Pfizer” “Metsera”nın səhmlərini alıb

Ayna saytından verilən məlumata görə, ain.az xəbər verir.

Amerikanın əczaçılıq şirkəti rəqibi “Novo Nordisk”i geridə qoyub

Amerikanın əczaçılıq şirkəti “Pfizer” piylənməyə qarşı dərman istehsalçısı “Metsera”nın səhmlərini əldə etmək üçün qəti razılığa gəldiyini açıqlayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, “Pfizer” sentyabr ayında verdiyi ilkin təklifi 10 milyard dollara qədər artıraraq, “Metsera” üçün başqa bir təklif verən rəqibi “Novo Nordisk”i geridə qoyub.

“Pfizer” müqavilənin gələn həftə Metsera səhmdarları səs verdikdən sonra bağlanacağını açıqlayıb. “Novo Nordisk” artıq təklifini geri götürüb və təklifini artırmayacaq.

2022-ci ildə qurulan “Metsera” piylənmə və kardiometabolik xəstəliklərlə mübarizə aparmaq üçün dərmanların hazırlanması və istehsalında ixtisaslaşıb. Onu əldə etməklə “Pfizer” ayda bir dəfə inyeksiya yolu ilə tətbiq edilən və potensial olaraq mövcud “Wegovy” və “Zepbound” dərmanlarına alternativ ola bilən MET-097i dərmanına çıxış əldə edir. Tədqiqatlar göstərir ki, xəstələr MET-097i-dən minimal yan təsirlərlə bədən çəkilərinin 14%-ə qədərini itiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
ayna.az

1Mənbələr