AZ

Hindistanın paytaxtında avtomobil partladı - Yaralananlar var

BAKI, 10 noyabr. TELEQRAF

Yeni Dehlidə tarixi Qırmızı Qalanın yaxınlığında avtomobilin partladılması nəticəsində bir neçə nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, partlayış metrostansiyanın girişinin yaxınlığında baş verib. Nəticədə yaxınlıqda olan üç-dörd avtomobil yanaraq yararsız vəziyyətə düşüb.

Hadisə yerinə 20-yə yaxın yanğınsöndürən maşın gəlib. Polis ərazini mühasirəyə alıb.

Hadisənin səbəbi araşdırılır.

Seçilən
68
teleqraf.com

1Mənbələr