BAKI, 10 noyabr. TELEQRAF
Yeni Dehlidə tarixi Qırmızı Qalanın yaxınlığında avtomobilin partladılması nəticəsində bir neçə nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, partlayış metrostansiyanın girişinin yaxınlığında baş verib. Nəticədə yaxınlıqda olan üç-dörd avtomobil yanaraq yararsız vəziyyətə düşüb.
Hadisə yerinə 20-yə yaxın yanğınsöndürən maşın gəlib. Polis ərazini mühasirəyə alıb.
Hadisənin səbəbi araşdırılır.