AZ

Neftçalada bazarda YANĞIN – YENİLƏNİB

Neftçala şəhərində bazarda baş verən yanğın söndürülüb.

Bizim.Media "Report.az"a istinadən xəbər verirki, bazarın 100 kvadratmetr sahəsi yanaraq yararsız hala düşüb.

Alovun digər tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

***22:17

Neftçala şəhərində bazar yanır.

Bizim.Media "Report.az"a istinadən xəbər verir ki, yanğın rayon mərkəzindəki köhnə bazarda qeydə alınıb.
 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Neftçala Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və xeyli sayda canlı qüvvəsi cəlb olunub.


Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Seçilən
24
4
bizim.media

10Mənbələr