Azərbaycanın qadın boksçusu Aynur Mikayılova VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
Far.Az report-a istinadən xəbər verir ki, o, 57 kq-da fərqlənib.
O, finalda Özbəkistan idmançısı Xumorabonu Mamajonovana məğlub olub.
Beləliklə, boksçularımız yarışı 7 nəfərə 6 medal olmaqla, 1 qızıl, 3 gümüş, 2 bürünclə başa vurublar.
***23:03
Azərbaycan boksçusu Səidcəmşid Cəfərov VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
Far.Az report-a istinadən xəbər verir ki, o, 80 kq-da fərqlənib.
Milli üzvü finalda Türkiyə təmsilçisi Sultan Osmanlını məğlub edərək qızıl medal qazanıb.