AZ

Neftçalada bazar yandı

Neftçala şəhərində bazarda yanğın baş verib.

 

Hadisə rayon mərkəzindəki köhnə bazarda qeydə alınıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Neftçala Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və xeyli sayda canlı qüvvəsi cəlb olunub.

 

Yanğın nəticəsində bir neçə meyvə mağazası və piştaxtalar yanıb.

 

Yanğınsöndürənlər tərəfindən daha iri mağazalara və digər obyektlərə yanğının keçməsinin qarşısı vaxtında alınıb.

 

Milli.az

Tarix: 11 Noyabr 2025, 00:20   
Seçilən
32
1
pravda.az

10Mənbələr