AZ

Neftçala bazarında baş verən yanğın söndürülüb - Yenilənib

Neftçala şəhərində bazarda baş verən yanğın söndürülüb.Bu barədə "Report" xəbər verir.

Məlumata görə, bazarın 100 kvadratmetr sahəsi yanaraq yararsız hala düşüb.

Alovun digər tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

22:05

Neftçala şəhərində bazar yanır.

"Report"un məlumatına görə, yanğın rayon mərkəzindəki köhnə bazarda qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Neftçala Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

Seçilən
9
4
anews.az

10Mənbələr