AZ

Tramp: ABŞ Suriyanın uğuru üçün əlindən gələni edəcək

BAKI, 11 noyabr. TELEQRAF

ABŞ Suriyanın uğur qazanması üçün bütün səylərini göstərəcək.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib.

“Biz Suriyanın uğur qazanması üçün əlimizdən gələni edəcəyik, çünki bu, Yaxın Şərqin bir hissəsidir. Artıq bölgədə sülh bərpa olunub,” - deyə Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O, həmçinin Suriyanın müvəqqəti prezidenti Əhməd Əl Şəraa ilə yaxşı münasibətlər qurduğunu vurğulayıb.

“O, çox güclü liderdir... sərt adamdır, amma mənə xoş gəlir. Onunla yaxşı yola gedirəm,” - deyə ABŞ lideri qeyd edib.

Trampın sözlərinə görə, Əl Şəraa ölkəsini uğura aparmaq potensialına malikdir.

Seçilən
42
teleqraf.com

1Mənbələr