AZ

Peskovun gizli kökləri üzə çıxdı – “Leninin ailə dostu”ndan gələn nəsil və sovet kəşfiyyatının mirası

Proekt.media jurnalistləri Vladimir Putinin komandasındakı minlərlə məmurun mənşəyini araşdırıb və Dmitri Peskovun – Kremlin simasının – nəsil dosyesini tərtib edib.

Musavat.com xəbər verir ki, araşdırma nəticəsində Peskov ailəsinin tarixində gizli əlaqələr, kəşfiyyat izləri və “qırmızı aristokratiya” kökləri aşkarlanıb.

Məlum olub ki, rəsmi mənbələrdə göstərilən məlumatların bir hissəsi reallığa uyğun deyil. TASS-ın bioqrafiyasında Peskovun atası Sergey Peskovun “diplomat” və “Rusiya səfiri” kimi təqdim olunduğu yazılır. Lakin araşdırmaya görə, o, diplomat təyinatı alanda oğlu artıq Putin administrasiyasında yüksək vəzifədə idi. Gənc illərində isə Sergey Peskovun Sovet kəşfiyyatında çalışdığı ehtimal edilir.

Ukraynanın Mukaçevo şəhərindən çıxan Sergey Peskov Asiya və Afrika Ölkələri İnstitutunu bitirib, uzun illər Yaxın Şərqdə “dostluq cəmiyyətləri” və “həmrəylik komitələri” adı altında işləyib – bu isə o dövrdə KQB əməkdaşları üçün tipik örtük sayılırdı.

Dmitri Peskovun anası Nadejda Zevina da adi sovet qadını olmayıb. Araşdırma göstərir ki, o da gizli strukturlarda çalışıb, çünki dövlət reyestrində onun “heç yerdə işləməməsi” qeyd olunur – bu isə yalnız xüsusi xidmət əməkdaşlarınaxas haldır.

Zevina ailəsi “qırmızı zadəganlar” nəslinə aiddir. Onun babası – Yakov Zevin, 1918-ci ildə qətlə yetirilən məşhur “26 Bakı komissarı”ndan biri olub. Zevinin həyat yoldaşı – Nadejda Drobiniskaya (sonradan Kolesnikova), Peskovun ulu nənəsi, bolşeviklər hərəkatında daha da tanınmış fiqur idi. O, Leninin yaxın çevrəsində yer almış, onun göstərişi ilə Moskvada mənzillə təmin olunmuş, illərlə Krupskaya ilə birlikdə Xalq Maarif Komissarlığında çalışmışdı.

Bu dostluq əlaqələri nəticəsində Peskov ailəsi sovet elitasının “iç dairəsində” yerləşib. Hətta Putinin babası Spirdon Putin də o dövrdə dövlət rəhbərlərinin saraylarında aşpaz işləyib, Lenin ailəsinə yemək bişirib.

Zevina sonrakı illərdə partiya “təmizləmələrində” – yəni repressiyalarda iştirak edib, daha sonra Lenin muzeyində xatirələr yazmaqla fəaliyyətini davam etdirib. Onun oğlu – Peskovun babası – Kommunist Partiyasının görkəmli funksioneri, Marksizm-Leninizm İnstitutunun direktor müavini olub.

Beləliklə, araşdırma sübut edir ki, Dmitri Peskovun karyerası yalnız şəxsi səylərlə deyil, sovet “nomenklaturasının” dərin kökləri və xüsusi xidmət əlaqələri üzərində qurulub.


Musavat.com

Seçilən
34
21
musavat.com

10Mənbələr