AZ

"Layiq olduğumuz birinci yeri tutmaq istəyirik

Azərbaycan gimnastları Gəncədə keçirilən Avropa çempionatına yaxşı hazırlaşıblar.

Sportinfo.az xəbər verir ki, bu barədə Gəncədə gənclər və 15 yaşadək aerobika gimnastları arasında ilk dəfə keçirilən Avropa çempionatının iştirakçısı Təhminə İbrahimova açıqlama verib.

İdmançı yarışla bağlı təəssüratlarını bölüşüb:

"Turnirə yaxşı hazırlaşmışıq. Burada hər şey ideal təşkil olunub. Layiq olduğumuz birinci yeri tutmaq istəyirik".

Digər gimnast Ayan Talıbova yarışa iki ildir hazırlaşdığını deyib.

"Əlimizdən gələni edib, Azərbaycana medal qazandırmaq istəyirik. Qələbə üçün mübarizə aparacağıq".

Avropa birinciliyində ümumilikdə 20 ölkədən 380 gimnast iştirak edir.

Seçilən
61
sportinfo.az

1Mənbələr