AZ

ABŞ Senatı büdcə layihəsini təsdiqlədi - Şatdaun sona çatır

BAKI, 11 noyabr. TELEQRAF

ABŞ Senatı ölkənin dövlət büdcəsi haqqında qanun layihəsini rəsmi şəkildə təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə "C-SPAN" telekanalı məlumat yayıb.

Qanun layihəsini 60 senator dəstəkləyib, 40 nəfər isə əleyhinə səs verib.

Sənədin qəbulunun ABŞ tarixində ən uzunmüddətli hökumət bağlanmasına (şatdauna) son qoyacağı bildirilir.

Seçilən
25
teleqraf.com

1Mənbələr