AZ

Bəşər Əsəd məhkəmə qarşısında cavab verməlidir – Əl-Şaraa

Suriya rəhbərliyi hesab edir ki, keçmiş prezident Bəşər Əsədi məsuliyyətə cəlb etmək vacibdir.

Musavat.com xəbər verir ki, bunu Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa Fox News-a verdiyi müsahibədə deyib: "Ədalət zəfər çalmalıdır. Biz Bəşər Əsəd də daxil olmaqla, bütün iştirakçıları hərəkətlərinə görə məsuliyyətə cəlb etmək üçün ədalət komissiyası yaratmışıq".

Qeyd edək ki,ötən ilin dekabrında Bəşər Əsəd Rusiyaya qaçıb. Oktyabr ayında Rusiyanın xarici işlər naziri Sergey Lavrov ərəb ölkələrindən olan jurnalistlərlə görüşündə iddia edib ki, Əsəd və ailə üzvləri yalnız humanitar səbəblərdən Rusiyadadır, çünki keçmiş prezident öz ölkəsində fiziki məhvolma təhlükəsi ilə üzləşib.

Musavat.com

Seçilən
23
2
musavat.com

5Mənbələr