AZ

Ermənilərin “tanklarla Bakıya gəlib, çay içmək” arzusu necə çin oldu?

“Tanklarımız Bakı küçələrində olacaq”, “Bakıda çay içəcəyik” deyirdi ermənilər. Birinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarını işğal edəndən sonra Koçaryan-Sarkisyan cütlüyü “yenilməz erməni ordusu”, “görkəmli erməni sərkərdələri” və bu kimi digər miflər formalaşdırmış, ictimai rəyə “istənilən vaxt tanklarla Bakıya daxil ola, çay içə bilərik” xülyasını sırımışdı. Və bundan hakimiyyətdə qalmaq üçün istifadə edirdilər.

2018-ci ildə Ermənistanda keçmiş “Qarabağ klanı”nın hakimiyyətdən gedişi sülh prosesinə böyük ümidlər yaratsa da, Paşinyanın generalları da “Bakıda çay içmək” iddialarından xilas ola bilmədi. Sülh danışıqlarının tamamilə sıfırlanması cəhdləri, Tovuz döyüşlərinə səbəb olan təxribatlar, “yeni müharibə - yeni ərazilər” tezisi Ermənistanın daha da azğınlaşmasından qaynaqlanırdı.

Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parada çıxışı zamanı bildirib ki, İkinci Qarabağ müharibəsi ərəfəsində daha da azğınlaşan Ermənistan Azərbaycanı yeni müharibə ilə hədələyirdi.

Onlar bizi yeni müharibə ilə hədələyirdilər. Hətta deyirdilər ki, onlar yeni torpaqlar uğrunda yeni müharibə aparacaqlar və Azərbaycanı tam işğal edəcəklər. Deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq. Deyirdilər ki, onlar Bakıda çay içəcəklər. Əslində, onların bu arzuları həyata keçdi. Onları biz gerçəkləşdirdik. Onların tankları bu gün Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Erməni hərbi cinayətkarları bu gün Bakıda məhkəmə qarşısında cavab verirlər və istintaq təcridxanasında Azərbaycan çayını içirlər”, - dövlət başçısı qeyd edib.

44 günlük Vətən müharibəsi və sonrasında ermənilərin “Tanklarımız Bakı küçələrinə daxil olacaq” və “Bakıda çay içəcəyik” arzuları çin oldu. Bunu Prezidentin də qeyd etdiyi kimi, biz – Azərbaycan dövləti, Azərbaycan Ordusu gerçəkləşdirdi.

Bu necə baş verdi?

Seçilən
41
publika.az

1Mənbələr