AZ

“Camaat bir dəfə ərə gedə bilmir, mən 2 dəfə GETMİŞƏM”

Müğənni Aygül Səfərova şəxsi həyatı ilə bağlı etiraf edib.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, onun verdiyi açıqlama ilə sosial mediada maraq doğurub.

İfaçı şəxsi həyatı barədə səmimi fikirlərini bölüşüb:

“Mən evdə qalan qıza oxşayıram? Camaat bir dəfə ərə gedə bilmir, mən iki dəfə ailə qurmuşam. Üç yaşında Ömür adlı bir oğlum var. Ərimdən ayrılsam da, haqqını dana bilmərəm, o, övladına qarşı çox yaxşı atadır”.

Səfərova bildirib ki, ayrılıqdan sonra da münasibətləri qarşılıqlı hörmət çərçivəsində davam edir:

“Aramızda hər şey bitib, amma mədəni şəkildə salam-sağolumuz qalıb”.

Müğənninin bu açıqlaması izləyicilər tərəfindən müzakirələrlə qarşılanıb.

Seçilən
20
5
konkret.az

6Mənbələr