AZ

Uitkoffla bunları müzakirə etdik… Fidan

ain.az, Gununsesi saytına istinadən bildirir.

Vaşinqtona səfərim zamanı ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla Ukrayna, İran, Fələstin və Suriya mövzularını ətraflı müzakirə etdik.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan jurnalistlərə açıqlamasında deyib.

“Uitkoffun məsul olduğu Fələstin məsələsi ilə bağlı bir çox məsələni ətraflı müzakirə etmək imkanı əldə etdik. Bildiyiniz kimi, atəşkəslə bağlı hələ də həll olunmamış vacib məsələlər var. Uitkoff həmçinin Rusiya-Ukrayna məsələsinə nəzarət edir, ona görə də bu mövzuda dərin müzakirələr apardıq. Müharibənin sona çatması üçün bu vacib məqamda nələrin edilə biləcəyini, Türkiyənin oynaya biləcəyi rolu və bu kontekstdə ABŞ ilə necə əməkdaşlıq edə biləcəyimizi müzakirə etdik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu məsələlərlə bağlı müəyyən fikirləri var. Görüşdə bəzi qiymətləndirmələrimizi və növbəti addımlarımızı açıqladıq”, – Fidan bildirib.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
icma.az

1Mənbələr