AZ

“Qarabağ”ın rəqibinin prezidenti sükutu pozdu: Baş məşqçi qovulur?

“Napoli” prezidenti Aurelio De Laurentiis sosial şəbəkə hesabında Antonio Kontenin klubdan ayrılacağına dair yayılan şayiələrə münasibət bildirib.

Publika.az xəbər verir ki, o, Kontenin işdən çıxarılacağı barədə məlumatla təsadüfən rastlaşdığını bildirib. Sosial şəbəkələri çox sevdiyini, çünki bunlar məlumatın sürətli yayılması üçün müasir vasitə olduğunu qeyd edib, amma vurğulayıb ki, yayılan məlumatlar həmişə həqiqətə uyğun olmur.

De Laurentiis Kontelə qarşı xüsusi bir harmoniya olduğunu qeyd edib və azarkeşlərə bildirib: “Çox fəxr edirəm ki, Antonio Konte kimi bir insan mənim, “Napoli” və futbolçuların yanında var. O, işinə hər saniyəsini həsr edir və inanılmaz məqsədkarlıq göstərir”.

Prezident bunun klub, oyunçular və “Napoli”nin tələbkar azarkeşləri üçün ən güclü zəmanət olduğunu əlavə edib.

Seçilən
34
publika.az

1Mənbələr