AZ

Rusiya Ukraynada F-16 qırıcılarının yerləşdiyi aerodroma zərbə endirib

Rusiya Hava-Kosmik Qüvvələri Kiyev vilayətinin Brovarı şəhərindəki Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Baş Elektron Kəşfiyyat Mərkəzinə və F-16 qırıcılarının yerləşdiyi Xmelnitski vilayətindəki Starokostyantinov aerodromuna zərbələr endirib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.

Bildirilib ki, Rusiya qüvvələri bu əməliyyatı Ukrayna kəşfiyyatının Rusiyanın MiQ-31 təyyarəsini qaçırmaq planları ilə bağlı təxribata cavab olaraq həyata keçirib.

Qeyd olunub ki, Rusiya tərəfi adı çəkilən hədəflərə zərbələri "Kinjal" raketləri ilə endirib.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada isə Rusiya qüvvələrinin Kiyevin MiQ-31 təxribatına cavab olaraq 10 noyabr gecəsi Ukraynadakı hərbi hədəflərə qrup hücumu həyata keçirdiyi bildirilib.

"Cebheinfo.az"

Seçilən
25
8
cebheinfo.az

10Mənbələr