AZ

Hərbi xidmət yaşı çatanların NƏZƏRİNƏ KONKRET

Konkret.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycanda hərbi xidmətə çağırış prosesi ilə bağlı ən çox müzakirə olunan mövzulardan biri əsgərlikdən yayınma hallarına qarşı tətbiq edilən cəzalardır. Bəzi vətəndaşların müxtəlif səbəblərlə hərbi xidmətə getməkdən imtina etməsi və ya çağırışdan yayınması qanunvericilikdə konkret şəkildə cinayət kimi müəyyən olunub. Bu baxımdan, belə halların hüquqi nəticələri cəmiyyətin diqqət mərkəzindədir.

Mövzuya aydınlıq gətirmək üçün KONKRET.az-a danışan vəkil Ramil Süleymanov bildirib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 321-ci maddəsinə əsasən, qanuna zidd şəkildə hərbi xidmətdən, həmçinin hərbi xidmətə və ya səfərbərliyə çağırışdan yayınma cinayət hesab olunur.

Vəkilin sözlərinə görə, bu hal sülh dövründə baş verdikdə, şəxs 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Əgər belə hallar müharibə dövründə baş verərsə, cəza 3 ildən 6 ilədək azadlıqdan məhrumetmə təşkil edir.

Ramil Süleymanov qeyd edib ki, “boyun qaçırma” dedikdə, vətəndaşın üzürlü səbəb olmadan tibbi müayinədən, hərbi toplanışdan və ya hərbi xidmət çağırışına gəlməməsi başa düşülür.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
1
konkret.az

2Mənbələr