AZ

Suriya Prezidenti: Rusiya xalqa qarşı müharibədə iştirak edib

BAKI, 11 noyabr. TELEQRAF

Rusiya müxtəlif yollarla Suriya xalqına qarşı aparılan müharibədə iştirak edib.

Teleqraf xəbər verir ki, bu barədə Suriya keçid dövrü Prezidenti Əhməd Şaraa "Fox News" telekanalına müsahibəsində bildirib.

Əhməd Şaraa deyib ki, hökumət xalqın hüquqlarını pozan cinayətlərə görə Bəşər Əsədi məsuliyyətə cəlb etməyi planlaşdırır:

"Rusiya Suriya xalqına qarşı müharibədə müxtəlif yollarla iştirak edib. Bu səbəbdən məsuliyyət daşıyan şəxslərin, o cümlədən Əsədin ekstradisiyası məsələsi Moskva ilə aparılan danışıqlarda müzakirə olunub".

O əlavə edib ki, ədalətin təmin edilməsi və bütün günahkarların cəzalandırılması üçün xüsusi komissiya yaradılıb.

Seçilən
37
teleqraf.com

1Mənbələr