AZ

ABŞ Qəzza yaxınlığında hərbi baza tikməyiplanlaşdırır

ABŞ İsrail-Qəzza sərhədi yaxınlığında hərbi baza tikməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə “Ynetnews” adı açıqlanmayan İsrail rəsmilərinə istinadən məlumat yayıb.

Bildirilib ki, planlaşdırılan bazanın tikinti xərclərinin 500 milyon dollar olacağı ehtimal edilir.

Məlumata görə, bazada bir neçə min nəfərdən ibarət olacaq ABŞ hərbçiləri İsrail və HAMAS arasında atəşkəs rejimini nəzarətdə saxlamaq missiyası daşıyacaqlar.

Qeyd edək ki, layihə baş tutsa, bu, İsrail ərazisində ABŞ-a məxsus ilk genişmiqyaslı hərbi mövcudluq kimi tarixə düşəcək.

Seçilən
27
6
redaktor.az

7Mənbələr