AZ

Belçikada Trampın soyadını daşıyan partiya yaradılıb

Belçikada ABŞ-nin Prezidenti Donald Trampın soyadını daşıyan sağçı siyasi partiya təsis olunub.Bu barədə xarici KİV xəbər verir.

Məlumata görə, TRUMP abreviaturası (Tous Réunis pour l'Union des Mouvements Populistes) – fransız dilindən tərcümədə yəni Populist Hərəkatların İttifaqı naminə Birlik anlamına gəlir.

“Donald Tramp mütləq populizm simvoludur. O bizim uğrunda çıxış etdiyimiz bütün dəyərləri özündə təcəssüm etdirir”,- partiyanın təsisçisi Salvatore Nikotra bildirib.

O, TRUMP-ın sosialyönümlü sağçı-populist partiya olduğunu diqqətə çatdırıb.

Seçilən
15
4
anews.az

5Mənbələr