AZ

“İran hər dəfə yerindən qalxmaq istədikdə ona elə güclü zərbə vuracaqlar ki, daima gicəllənsin...”

ain.az, Moderator.az portalına istinadən məlumat yayır.

“İranda millətlərin azadlığı və vətəndaş hüquqlarının təminatı baxımından beynəlxalq qaydalara uyğun islahatlara gedilməsə və nüvə proqramıyla bağlı MAQATE və digər qurumların tələbləri yerinə yetirilməsə, ABŞ-ın nəzərdə tutduğu bu proses daha da sürətlənəcək...”

“Mən İrana qaşrı müharibənin davam edəcəyinə çox təbii yanaşıram. Çünki dövlətlərin strategiyası uzunvadəli olur. ABŞ-ın da uzunvadəli strategiyası İranın tamamilə darmadağın olmasıdır.  İsrail isə bölgədə Amerikanın tətiyi rolunu oynayır. Mən buna həmişə belə baxmışam. Bu səbəblərdən istər-istəməz düşünürəm ki, əgər İranda millətlərin azadlığı və vətəndaş hüquqlarının təminatı baxımından beynəlxalq qaydalara uyğun islahatlara gedilməsə və nüvə proqramıyla bağlı MAQATE və digər qurumların tələbləri yerinə yetirilməsə, ABŞ-ın nəzərdə tutduğu bu proses daha da sürətlənəcək. Çünki hələ tələbə vaxtı söhbət etdiyim təcrübəli siyasətçilər hələ o zaman bir neçə onillikdən sonra İranı nələr gözlədiyini, onun hücumlara məruz qalacağını əvvəlcədən təxmin edirdilər. Yəni, indi də eyni proses davam edir və bunun axıra qədər gedəcəyini düşünürəm.” 

Bu fikirləri Moderator.az əməkdaşının “Son günlər tanınmış beynəlxalq nəşrlərə müsahibə verən ekspert və regional fiqurlar bildirir ki, İran zənginləşdirilmiş uran ehtiyatlarını qoruyub saxladığı və raket imkanlarını genişləndirməkdə davam etdiyi üçün İsrailin bu ölkəyə qarşı yeni müharibəsi qaçılmazdır. Bunu necə şərh edərdiniz?” sualını cavablandırarkən siyasi şərhçi Pərviz Səmədov söyləyib. 

“Yəni belə çıxır ki, İsrailin yeni müharibəni başladacağı qaçılmazdır?” sualını isə siyasi şərhçi belə cavablandırıb: 

“Hesab etmirəm ki, İrana birbaşa genişmiqyaslı müharibə aparılacaq. Sadəcə, bu daha gizli, daha yıpradıcı şəkildə davam edəcək. Mən belə düşünürəm. Yəni zaman-zaman İrana zərbələr vurulacaq. Hər dəfə o, yerindən qalxmaq istədikdə ona elə güclü zərbə vuracaqlar ki, daima gicəllənsin və inkişaf edə bilməsin. Onsuz da İrana qarşı hibrid müharibə indi də davam edir...”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
1
moderator.az

2Mənbələr