AZ

Milli üçün köhnə tanış qələbə görməmişik

futbolpress-az saytına istinadən ain.az xəbər verir.

Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində İslandiya ilə oyununu monteneqrolu Nikola Dabanoviç idarə edəcək.

Futbolpress.az-ın məlumatına görə, referi daha əvvəl də millinin oyununa təyinat alıb. O, 2018-ci ildə Millətlər Liqasında keçirilən Malta – Azərbaycan oyununu idarə edib. Görüş bərabərliklə başa çatıb – 1:1.

Dabanoviç “Qarabağ”ın da oyununda olub. Monteneqrolu hakim 2022-ci ildə Konfrans Liqasında Fransada baş tutan “Marsel” – “Qarabağ” oyununun baş hakimi olub. Həmin matç isə “Marsel”in qələbəsiylə başa çatıb – 3:1.

Noyabrın 13-də keçiriləcək Azərbaycan – İslandiya oyununa saat 21:00-da start veriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
92
futbolpress.az

1Mənbələr