AZ

Fransa səfirinin Tbilisidə keçirdiyi görüş qalmaqal yaradıb

ain.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Fransanın Gürcüstandakı səfiri Olivye Kurto 15-ə yaxın QHT-nin təmsilçiləri ilə gizli görüş keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Görüşün Tbilisidə şəxsi mənzildə baş tutduğu bildirilib. Qeyd olunub ki, görüşə qatılan təşkilatlar Gürcüstan əleyhinə və konstitusiyaya zidd fəaliyyətdə ifşa olunublar.

Gürcüstan parlamentinin vitse-spikeri Nino Tsilosani bildirib ki, diplomatın QHT-lərlə gizli əlaqələri onun şəxsi reputasiyasını şübhə altına qoyur. Onun sözlərinə görə, görüşün səfirlikdə deyil, mənzildə keçirilməsi suallar doğurur.

Parlament çoxluğunun üzvü Levan Maçavariani də görüşün mənzildə baş tutmasının şübhələr yaratdığını deyib.

“Fransa səfirinin yeni olduğunu nəzərə alaraq, ümid edirik ki, o, Vyana Konvensiyasının çərçivələrindən çıxmayacaq. Fransa səfirliyinin və səfirin özünün görüşlə bağlı hansı şərhi verəcəyi maraqlıdır”, - o əlavə edib.

Qeyd edək ki, Olivye Kurto bu ilin avqustunda Gürcüstana səfir təyin olunub. Gürcüstan hakimiyyəti Fransanın əvvəlki səfiri Şeraz Qasrini dövlətin daxili işlərinə qarışmaqda və müxalifəti dəstəkləməkdə ittiham edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
4
bakivaxti.az

5Mənbələr