AZ

Gürcüstan Aİ-nin sammitinə dəvət olunmayıb

Brüssel Gürcüstan hökuməti ilə dialoqdan imtina siyasəti aparır.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze deyib.

Onun sözlərinə görə, Gürcüstanın Avropa İttifaqının (Aİ) genişlənmə sammitinə dəvət olunmaması həmin siyasətin davamıdır.

“Hesab edirəm ki, bu siyasət düşünülməmiş və məntiqsizdir. Ümid edirəm ki, bu siyasət tezliklə dəyişəcək. Əgər Brüssel Gürcüstan və gürcü xalqını Avropa ailəsində görmək istəyirsə, gürcü xalqının seçdiyi hökumətlə danışmalıdır”, - Samxaradze əlavə edib.

Qeyd edək ki, Aİ-nin genişlənmə sammiti noyabrın 18-də Brüsseldə keçiriləcək.

Xatırladaq ki, Gürcüstan Aİ Xarici İşlər Nazirləri Şurasının ötən ay Lüksemburqda regional təhlükəsizlik mövzusunda təşkil etdiyi nazirlərin toplantısına da dəvət olunmamışdı.

Seçilən
44
4
apa.az

5Mənbələr