AZ

“Çöp” qalma MİFİ Müasir tibb YOX, xalq ÜSULU?

Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Müasir dövrdə tibb elmi və səhiyyə sistemi kifayət qədər inkişaf etsə də, bəzi valideynlər hələ də uşaqlarını “çöpçü”yə aparmaqdan çəkinmirlər. Xüsusilə körpələr yemək yemədikdə, qusduqda və ya iştahasız olduqda valideynlər bu halları “çöp qalması” ilə əlaqələndirir və həkimə müraciət etmək əvəzinə xalq arasında tanınan “çöpçü”lərə üz tutur.Bəs bu üsul nə dərəcədə doğrudur? Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən tibb eksperti Aydın Əliyev bildirib ki, belə halların əsas səbəbi insanların dünyagörüşü ilə bağlıdır:“Təbii ki, insanların sağlamlığına həkimlər nəzarət etməlidir. Bu, səhiyyə sisteminin bir hissəsidir. Uşaqları çöpçüyə aparmaq düzgün yanaşma deyil. Çünki bunun tibbi əsası yoxdur. Əvvəllər səhiyyə sistemi zəif idi, insanlar müxtəlif xalq üsullarına müraciət edirdilər, amma bu, müasir dövr üçün qəbuledilməzdir.

 

Bu cür müdaxilələr uşağın cismini zədələyə, ciddi fəsadlar yarada bilər. Valideynlərə tövsiyəm odur ki, belə hallarda yalnız həkimə müraciət etsinlər və sağlamlıqlarını qeyri-peşəkar insanların əlinə buraxmasınlar”.

Ekspertin sözlərinə görə, “çöp çıxarma” kimi ənənəvi üsullar bəzən sadəcə psixoloji təsir yaratsa da, bu, tibbi müalicəni əvəz edə bilməz.Aygün Hüseyn, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
bizim.media

1Mənbələr