AZ

Yəhudi portalı Azərbaycanda mövcud olan tolerantlıq mühitindən yazıb

Moskva, 11 noyabr, AZƏRTAC

Moskvada fəaliyyət göstərən SMEGI yəhudi xəbər portalında azərbaycanlı jurnalist və “Diaspor fəaliyyətinə jurnalist dəstəyi” İctimai Birliyinin sədri Fuad Hüseynzadə ilə müsahibə dərc edilib.

AZƏRTAC xəbər verir ki, söhbət çərçivəsində o, İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqının qəhrəmanlığına həsr olunmuş yeni “Böyük Qələbənin varisləri” kitabından danışıb. Jurnalist, həmçinin yəhudi və Azərbaycan xalqları arasında dostluğun möhkəmləndirilməsinə azərbaycanlıların töhfələrini qeyd edib.

Müsahibədə müxtəlif dinlərin və millətlərin nümayəndələrinin qarşılıqlı hörmət mühitində yaşadıqları Azərbaycanda mövcud olan yüksəksəviyyəli qarşılıqlı anlaşma və tolerantlıq mühitinə geniş yer verilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
36
2
azertag.az

3Mənbələr