Moderator.az saytına istinadən ain.az xəbər verir.
Belçikada "TRUMP" (Tramp) adlı siyasi partiyanın yaradılması elan edilib.
Moderator.az xəbər verir ki, bu barədə "Politico" yazıb.
Partiyanın təsisçisi Belçika Milli Cəbhəsinin keçmiş lideri Salvatore Nikotradır. "TRUMP" adı "hamı xalq hərəkatları ittifaqı üçün birləşib" (Tous Réunis pour l'Union des Mouvements Populistes ) mənasını verir. Partiya Valloniyadan ifrat sağçı "Chez Nous" partiyasının və Belçika Milli Cəbhəsinin varisidir. Partiyanın rəsmi təsis mərasimi noyabrın 30-da keçiriləcək.
Nikotra öz hərəkatı üçün ABŞ prezidentinin adını bilərəkdən seçdiyini bildirib. "Donald Tramp bizim simvolumuzdur. O, birbaşa bizim müdafiə etdiyimiz dəyərləri təcəssüm etdirir", - deyən Nikotra ideoloji istiqamətini "sosial yönümlü sağçı populizm" kimi xarakterizə edib.
Partiyanın planlarına Belçikada federal seçkidə, eləcə də 2029-cu ildə Avropa Parlamentinə seçkidə iştirak etmək daxildir.
"Politico" zarafatla yazıb ki, adının seçki bülletenlərində yer alması və Avropa sakinlərinin "TRUMP"a səs vermələri Donald Trampı heyrətləndirəcək.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.