Azərbaycandan ölkəmizə yola düşən C130 hərbi yük təyyarəmiz Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
"Axtarış-xilasetmə işlərinə Gürcüstan hakimiyyəti ilə koordinasiyalı şəkildə başlanılıb", məlumatda deyilir.
XXX
16:32
Gürcüstanda hərbi təyyarə qəzaya uğrayıb.
Adalet.az xəbər verir ki, bu barədə Gürcüstan telekanalları məlumat yayıb.
Hərbi təyyarənin Türkiyəyə məxsus olduğu ehtimal edilir.