AZ

Türkiyə qəzaya uğrayan hərbi təyyarənin qalıqlarının tapılması üçün Gürcüstanla birgə işləyir - Ərdoğan

Türkiyə qəzaya uğramış hərbi yük təyyarəsinin qalıqlarının tapılmasında Gürcüstanla koordinasiyalı şəkildə işləyir.

Day.Az türk KİV-lərinə istinadən xəbər verir ki,bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan qəzada həlak olanlara rəhmət diləyib və Türkiyənin bu qəzadan ən az ziyanla çıxacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, bu gün Azərbaycandan havaya qalxan Türkiyəyə məxsus C130 hərbi yük təyyarəsi Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb.

Seçilən
13
32
day.az

10Mənbələr