AZ

Qəzaya uğrayan təyyarədə 20 hərbi personal olub

Türkiyə Milli Müdafiə Nazirliyi bu gün qəzaya uğrayan C130 hərbi yük təyyarəsində olan hərbçilərin sayını açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, Milli Müdafiə Nazirliyi (MSB) Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan C130 hərbi yük təyyarəsinin göyərtəsində uçuş heyəti də daxil olmaqla 20 nəfərin olduğunu və axtarış-xilasetmə işlərinin davam etdiyini açıqladı.

Nazirliyin açıqlamasında deyilir: "Qəzaya uğrayan təyyarənin göyərtəsində uçuş heyəti də daxil olmaqla 20 nəfər var idi. Axtarış-xilasetmə işləri davam edir."

Seçilən
89
13
ucnoqta.az

10Mənbələr