Ana Vətən Partiyasının qurultayında sədrliyə iddialı olan Elçin Ağamalı Teleqraf-a müsahibə verib.
Avtosfer.az materialı təqdim edir:
- Elçin bəy, sədrliyinə iddialı olduğunuz Ana Vətən Partiyası (AVP) noyabrın 5-də partiyanın İdarə Heyətinin iclasını topalayaraq sizin təşkilatdan xaric edilməyinizlə bağlı qərar verib. Buna münasibətiniz necədir?
- Çox təəssüf ki, bəzi şəxslər Ana Vətən Partiyasının oktyabrın 25-də keçirilmiş IX Qurultayının yekunlarına dair Ədliyyə Nazirliyinə bizim tərəfimizdən üvanlanmış rəyi gözləmədən belə bir addım atıb. Biz dəfələrlə demişik ki, Ədliyyə Nazirliyinin qərarlarını gözləmək lazımdır. Amma qarşı tərəf bunu gözləmədən tələm-tələsik iclas keçirib belə bir qərar açıqlayıblar. Onlar qanunsuz olaraq, saxta ittihamlarla heç bir araşdırma aparmadan mənim və AVP-nin 12 rayon təşkilatının fəaliyyətinə xitam veriblər. Bu sözsüz ki, legitim olmayan bir qərardır və buna da cavabımız olacaq.
- Cavabınız nədən ibarət olacaq?
- Bununla bağlı biz də öz növbəmizdə məhkəməyə müraciət edəcəyik. Məhkəmədən AVP-nin noyabrın 5-də keçirilən İdarə Heyətinin qərarının qanunsuz olaraq təsbit edildiyinə dair qərar verməsinə çalışacağıq.
- Atanız Fəzail Ağamalı ilə bu mövzulara dair danışıqlarınız olubmu?
- Şəxsən danışmasam da, dolayısı ilə Fəzail müəllimə məsələlərin oturaraq danışıqlar yolu ilə ortaq məxrəcə gəlinməsi ilə bağlı mesajlarımızı çatdırmışam.
- Sizin təklifinizə atanızın reaksiyası necə oldu?
- Təəssüf ki, qarşı tərəf oturub danışmaq əvəzinə, məsələləri bu cür radikal qaydada həll etməyə cəhd edir.
- “Ortaq məxrəcə gələk” dedikdə nəyi nəzərdə tutursunuz? Nə təklif etmisiniz?
- Ortada partiyanın qurultayının qərarı var və ona görə oturub danışmaq lazımdır. Qarşılıqlı olaraq danışmaq daha uyğun olardı. Əksinə olaraq, partiya üzvlərini narazı salmaqdansa, insanlara qarşı ədalətsiz qərarlar qəbul etməkdənsə, danışaraq razılığa gəlmək lazımdır. Qarşılıqlı olaraq razılığa gəlməsək belə, danışmaq daha yaxşı haldır.
- Partiyanın bütün inzibatı strukturu və zəruri sənədləri sizin iddia etdiyiniz kimi qarşı tərəfdə olduğu halda mübarizəni hansı formada aparacaqsınız? Bunun üçün əlinizdə hansısa hüquqi sənədlər varmı?
- Hazırda partiyanın inzibati resursları onların əlindədir. Faktiki olaraq, AVP-nin oturduğu inzibati bina, möhür, hesab onlardadır. Amma partiyanın IX qurultayının keçirilməsi, Fəzail müəllimin (AVP sədri Fəzail Ağamalı) istefası və orada prosesi kimin necə pozmasına dair faktlar var. Həmçinin qurultayın öz işini başa çatdırıb yeni sədri necə seçməsinə dair təkzib olunmaz görüntülər mövcuddur. Ona görə də Ədliyə Nazirliyinin qərarı gözlənilməli idi. Amma qarşı tərəf bunu etmədi. Bu baxımdan biz də adekvat addım olaraq məhkəməyə müraciət edəcəyik.
- Siz qurultayın yekunlarına dair sənədləri Ədliyyə Nazirliyinə təqdim etmisinizmi?
- Artıq 10 gündür ki, AVP-nin IX Qurultayının qərarlarına dair protokol və bununla bağlı videogörüntülür, prosesin gedişatı Ədliyyə Nazirliyinə təqdim edilib. Hazırda nazirlikdə bizim təqdim etdiyimiz materiallara baxış keçirilir.
- Partiyanın möhürü, ştampı olmadan müraciətinizi Ədliyyə Nazirliyi hüquqi sənəd kimi qəbil edəcəkmi?
- Partiyanın möhürü, ştampı bizdə olmadığına görə adi qaydada müraciət etmişik. Digər məsələləri isə biz nazirliyin verəcəyi rəydə biləcəyik.
- Məhkəməyə hansı formada müraciət edəcəksiniz?
- Noyabrın 5-də AVP-nin İdarə Heyətinin qəbul etdiyi qərarın qeyri-legitim olması ilə bağlı artıq məhkəməyə müraciət hazırlayırıq.
- Siz, qarşı tərəf olaraq atanız Fəzail Ağamalını yoxsa, ümumilikdə Ana Vətən Partiyasını məhkəməyə verəcəksiniz?
- Biz orada şəxs göstərməyəcəyik. Sadəcə olaraq, AVP-nin İdarə Heyətinin qərarından şikayət edəcəyik.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta