AZ

Torpaq almaq istəyən şəxsin külli miqdarda pulu mənimsənilibVİDEO

Bankdan krediti götürüb torpaq almaq istəyən şəxs külli miqdarda zərərə düşdüyünü iddia edir.

''Xəzər Xəbər''ə müraciət edən Qəbələ sakini İlham Əhmədov deyir ki, bu ilin fevral ayında elan saytlarından birində paytaxtın Suraxanı rayonu, Günəşli qəsəbəsində iki sot torpaq sahəsinin 30 min manata satıldığını görüb və qeyd edilən telefon nömrəsi ilə əlaqə saxlayıb:  

''Oğlum saytda görüb torpağı. Mənə göndərdi ki, bəyənmişəm maraqlan bununla. Getdim, baxdım ki, torpağın sənədi yoxdur, amma bələdiyyə sənədi var. Torpağın sahibi Ələkbər Nağı idi. Dedi, problem yoxdur, sən beh ver, mən sənəd alıb verirəcəm sənə. Sən demə, oğlumun telefon nömrəsin götürübmüş. Oğlum mənə zəng vurdu ki, ata, bu torpağın sənədi üçün əlavə yenə pul istəyir. Sonra yenə mən buna borc müqaviləsi ilə 20 minə yaxın pul verdim. Cəmi oldu 30 min manat''.

İlham Əhmədov deyir ki, tələb etməsinə baxmayaraq, Ələkbər Nağı 9 aydır ki, pulu qaytarmır.

Xezerxeber.az-ın məlumatına görə, şikayətçi deyir ki, torpağı almaq üçün bankdan kredit götürüb və hər ay da 450 manat ödəniş edir.

İlham Əhmədov onu da iddia edir ki, Ələkbər Nağıya mərhələli şəkildə 30 min manatı notarial qaydada verib.

Məsələ ilə bağlı adı çəkilən Nağı Ələkbərlə biz də əlaqə saxladıq. O, torpağın ona məxsus olduğunu və sənədlərinin də qaydasında olduğunu desə də, kamera qarşısında danışmaqdan imtina etdi. Zərər çəkdiyini iddia edən İlham Əhmədov isə deyir ki, pulu tez bir zamanda geri qaytarılmasa hüquq-mühafizə orqanlarına müraciət edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
46
1
xezerxeber.az

2Mənbələr