AZ

Gürcü nazir hadisə yerinə getdi

Gürcüstanın daxili işlər naziri Geka Geladze və digər ölkə rəsmiləri Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus yük təyyarəsinin qəzaya uğradığı ərazidədir.

Publika.az xəbər verir ki, naziri Kaxeti bölgəsinə səfərdə birinci müavin Roni Mesxi, Kaxeti vilayəti üzrə dövlət nümayəndəsi Giorgi Aladaşvili və nazirliyin müvafiq xidmət rəhbərləri müşayiət edirlər.

Gürcüstan Daxili İşlər Nazirliyi hadisə ilə bağlı rəsmi açıqlama yayıb. Qurumun məlumatına görə, axtarış-xilasetmə qrupları artıq hadisə yerindədir və Türkiyə tərəfi ilə əməkdaşlıq şəraitində istintaq hərəkətləri aparılır.

Seçilən
52
publika.az

1Mənbələr