AZ

Toy karvanındakı qəzada yaralanan şəxsin son durumu

 

Quba rayonunda toy karvanında baş verən qəza nəticəsində yaralanan şəxsin vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyindən "Unikal"a verilən məlumatda deyilir:

"Quba-Xaçmaz avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə noyabrın 10-u, saat 13:10-da 1 nəfər (kişi cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 2002-ci il təvəllüdlü şəxsə bədənin müxtəlif nahiyələrinin kiçikölçülü əzilmiş və sıyrılmış yaraları, həmçinin qapalı kəllə-beyin travması diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilən pasiyentin vəziyyəti orta ağır qiymətləndirilir".

Seçilən
21
4
unikal.az

10Mənbələr