“Barselona”nın futbolçusu Lamin Yamal 2026-cı il dünya çempionatının seçmə mərhələsinin noyabr ayına planlaşdırılan oyunları üçün İspaniya millisinin heyətindən çıxarılıb.
NOCOMMENT.az KONKRET.az-a istinadən xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçi zədəli olduğuna görə komandadan kənarlaşdırılıb.
Qeyd edək ki, İspaniya noyabrın 15-də səfərdə Gürcüstan, noyabrın 18-də isə doğma meydanda Türkiyə yığması ilə qarşılaşacaq.