AZ

Xilas edilənlərlə bağlı xəbəri gözləyirik - TDT

Türk Dövlətləri Təşkilatı (TDT) Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə bağlı Ankaraya başsağlığı verib.
BUTA.TV xəbər verir ki, bu barədə təşkilatın X hesabındakı paylaşımında bildirilib. "Azərbaycandan Türkiyəyə qayıdan hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğraması barədə xəbəri kədər hissi ilə öyrəndik. Axtarış-xilasetmə işləri davam edir və xilas edilənlərlə bağlı xəbəri səbirsizliklə gözləyirik. Bu faciəli qəzada şəhid olanlara Allahdan rəhmət diləyir, ailələrinə, yaxınlarına və qardaş türk xalqına başsağlığı veririk", - paylaşımda qeyd olunub.
Seçilən
18
11
buta.tv

10Mənbələr