AZ

TDT: Təyyarə qəzasında xilas edilənlərlə bağlı xəbəri səbirsizliklə gözləyirik

Türk Dövlətləri Təşkilatı (TDT) Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə bağlı Ankaraya başsağlığı verib.

Publika.az xəbər verir ki, bu barədə təşkilatın "X" hesabındakı paylaşımında yazılıb.

"Azərbaycandan Türkiyəyə qayıdan hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğraması barədə xəbəri kədər hissi ilə öyrəndik. Axtarış-xilasetmə işləri davam edir və xilas edilənlərlə bağlı xəbəri səbirsizliklə gözləyirik. Bu faciəli qəzada şəhid olanlara Allahdan rəhmət diləyir, ailələrinə, yaxınlarına və qardaş türk xalqına başsağlığı veririk", - paylaşımda bildirilib.

Seçilən
23
11
publika.az

10Mənbələr