Rusiyada “Aidol” adlı ilk insanabənzər robotun təqdimatı zamanı gözlənilməz hadisə baş verib – robot səhnədə yıxılıb və dərhal oradan uzaqlaşdırılıb.
Musavat.com xəbər verir ki, “Aidol” adlı bu robot insan mimikalarını təqlid edə və emosiyaları ifadə edə bilir. “Mobil reportyor” portalı isə bildirib ki, robotun iki versiyası mövcuddur – gəzən (mobil) və masaüstü modellər.
Hadisə zamanı təqdim edilən gəzən model tarazlığını itirərək yıxılıb. Videokadrlar robotun yerə düşdüyü anda onun bəzi detallarının qopduğunu göstərir. Təqdimat komandası dərhal robotu səhnədən uzaqlaşdırıb.
Musavat.com