BAKI, 12 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp ölkədə qəhvənin qiymət artımının qarşısını almaq məqsədilə bu məhsula tətbiq edilən idxal rüsumlarını azaldacağını bəyan edib.
Teleqraf xəbər verir ki, o, bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.
“Biz bəzi tarifləri azaldacağıq. Qəhvəni idxal edəcəyik. Bunu çox tez və asanlıqla həll edəcəyik”, - Tramp bildirib.
Qeyd edək ki, cari ilin iyul ayında ABŞ Braziliya, Vyetnam və Kolumbiyadan gətirilən qəhvəyə idxal rüsumları tətbiq edib. Bu qərar nəticəsində avqust ayında ölkədə qəhvənin pərakəndə satış qiyməti təxminən 21% bahalaşıb.
Oktyabrda Nümayəndələr Palatasının üzvləri prezidentə müraciət edərək, qəhvənin əlavə rüsumlardan azad edilməsini təklif ediblər.
“Administrasiya bunu prezidentin 14257 saylı fərmanının II əlavəsinə həm yaşıl, həm də qovrulmuş və üyüdülmüş qəhvəni əlavə etməklə həyata keçirə bilər. Ölkəmizin gündə təxminən 400 milyon fincan qəhvə istehlak etdiyini nəzərə alsaq, bu qərar amerikalılar üçün kiçik, lakin mühüm bir addım olar”, - məktubda qeyd olunub.
Onların Trampa ünvanladığı məktubda qeyd olunur: