AZ

Azərbaycanın 4 klubu dünya reytinqində irəlilədi

ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

QOL.az xəbər verir ki, cədvəldə 502 klub yer alıb. Onların arasında 4 Azərbaycan təmsilçisi var.

Klublarımızdan ilk 100-lüyə düşən yalnız "Qarabağ"dır. Aktivində 192.25 xal olan Ağdam təmsilçisi 17 pillə irəliləyib. "Qarabağ" 82-ci pillədən 65-ci yerə qalxıb.

"Sabah" (83.5) 296-cı yerdən 276-ya, "Zirə" (66.75) 407-dən 387-yə, "Araz-Naxçıvan" (66.5) 391-dən 390-a yüksəlib.

Siyahıya 567 xalla PSJ (Fransa) liderlik edir. Madrid "Real"ı 511 xalla 2-ci, "Çelsi" (İngiltərə) 484 xalla 3-cüdür.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
6
qol.az

7Mənbələr