AZ

Kreml Ermənistanın Rusiya taxılından imtina xəbərini dəyərləndirib

Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) Ermənistanın Rusiya taxılını qəbul etməkdən mümkün imtinası ilə bağlı hesabatı əsassız ola bilməz.

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

"SVR-nin hesabatları heç vaxt əsassız deyil", - Kreml sözçüsü ifadə edib.

Onun sözlərinə görə, Rusiya Ermənistanla ikitərəfli əsasda və inteqrasiya prosesləri çərçivəsində əməkdaşlığı inkişaf etdirməkdə davam edir və bundan sonra da edəcək. Peskov qeyd edib ki, Rusiya və Ermənistan liderləri arasında tez-tez təmaslar baş verir.

"Bizim ikitərəfli əməkdaşlıq gündəliyində bir çox məsələlər var və ümid edirik ki, bu əməkdaşlıq davam edəcək", - mətbuat katibi əlavə edib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) məlumatına görə, Ermənistan uzun illərdir Rusiyadan taxıl alır, lakin İrəvan tədarükün bir hissəsini Kiyevdən almağa başlamaq niyyətindədir. 

Seçilən
51
50
unikal.az

10Mənbələr