AZ

“Belə uşaqları birbaşa bağça və ya məktəbə göndərmək olmaz” - Nazirlik rəsmisi

"Uşaqda mürəkkəb nitq qüsurları müşahidə olunursa, onu birbaşa bağçaya və ya məktəbə yönləndirmək doğru deyil. Çünki belə uşaqlar orda inkişaf edə bilməyəcəklər”. 

“Cebheinfo.az” xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin loqopedi Aygün Ələkbərova bildirib. Həkim əlavə edib ki, belə uşaqlarda ilkin mərhələdə multidissiplinar komandaya əsaslanan reabilitasiya vacibdir: 

“Bu prosesdə yalnız loqopedin deyil, həm də idman, psixopedaqoqun, psixoloqun, terapevtin və pedaqoqun iştirakı zəruridir. Bəzən loqopedik müdaxilədən əvvəl məhz fiziki və psixoloji hazırlıq mərhələsi lazım olur, bəzən isə loqopedik və idman məşğələləri paralel şəkildə aparılmalıdır”. 

O qeyd edib ki, uşaqda kommunikativ bacarıqlar formalaşdıqdan sonra artıq bağça və ya məktəb mühiti faydalı olur: 

“Belə olan halda uşaq həmyaşıdlarının arasında özünü daha rahat ifadə edə, bacarıqlarını inkişaf etdirə bilir. Orda daha da aktiv olacaq , inkişaf edəcək. Sosial mühit uşağın nitqinin və psixoloji vəziyyətinin inkişafında mühüm rol oynayır. 

Uşaq tək fəaliyyət zamanı bu bacarıqları tam formalaşdıra bilmir, ilkin mərhələdə ona dəstək vacibdir. Mütəxxəsislər onsuz da hər zaman kollektivdə olmasını dəstəkləyirlər . Yaş qrupu uyğundursa onun baxçaya, dərnəyə getməsi onun nitqinə, münasibətlərin formalaşmasına müsbət təsir göstərir”. 

Seçilən
88
34
cebheinfo.az

10Mənbələr