AZ

İranda taekvondoçunu hicabsız məşq etdiyinə görətutublar

İranlı taekvondoçu və gimnast Xaniya Şariyati Rudpoşti hicabsız şəkildə akrobatik hərəkətlər etdiyinə görə saxlanılıb.

Redaktor.az xəbər veriri ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Hadisə noyabrın 9-da Tehranda baş verib. İdmançı küçədə çıxış etdikdən və başörtüsüz videolarını sosial şəbəkələrdə paylaşdıqdan sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Hüquq müdafiə təşkilatı Hengaw bildirib ki, Rudpoşti naməlum istiqamətə aparılıb və onun yeri 24 saatdan çox müddətdə məlum olmayıb.

Bundan sonra idmançının 160 min izləyicisi olan sosial şəbəkə hesabı təhlükəsizlik qüvvələrinin nəzarətinə keçib, daha sonra isə deaktiv edilib. Onun səhifəsində İran kibermilisinə aid paylaşım yerləşdirilib.

Nuriyyə NATİQQIZI

Seçilən
26
1
redaktor.az

2Mənbələr