Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının (MR) Baş naziri vəzifəsindən azad edilib.
“İki sahil” xəbər verir ki, bu barədə qərar Naxçıvan MR Ali Məclisinin noyabrın 12-də keçirilən iclasında qəbul edilib.
İclasda qeyd olunub ki, C.Cəlilov Naxçıvan MR-da Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin olunduğu üçün muxtar respublikanın Baş naziri vəzifəsindən azad edilməlidir.
Sonra bununla bağlı qərar layihəsi səsə qoyularaq qəbul olunub.