AZ

Yeni arı növü kəşf edildi — elm adamları səbəbini hələ izah edə bilmir

Musavat.com xəbər verir ki, alimlər Avstraliyanın qərbində aparılan tədqiqatlar zamanı “Lusifer” adını verdikləri yeni arı növünü aşkarlayıblar.

BBC-nin məlumatına görə, bu arı növü dağlıq ərazidə yerləşən nadir bir çiçəyin müşahidəsi zamanı tapılıb. Maraq doğuran məqam odur ki, buynuzlar yalnız dişi arılarda mövcuddur. Alimlər hesab edirlər ki, bu buynuzlar arılara özlərini qorumağa, tozcuqları toplamağa və yuva qurmağa kömək edə bilər.

Tədqiqatın rəhbəri doktor Keyt Prenderqast bildirib ki, arının “Lusifer” adlandırılması Netflix-də yayımlanan eyni adlı serialdan ilhamlanıb. Bu, son 20 il ərzində bu ailəyə aid ilk yeni arı növünün kəşfidir.

Mütəxəssislər həmçinin xəbərdarlıq ediblər ki, arıların və onların tozlandırdığı nadir çiçəyin təbii yaşayış mühitinin təcili qorunması vacibdir. 

 

Musavat.com

90d8c6cc-64d4-47ad-825e-9fac520a176d.jpg

Seçilən
70
2
musavat.com

3Mənbələr